Milli Dram Teatrı “21:15 qatarı” ilə iyun repertuarını yekunlaşdırıb

29 İyun 2020 15:48 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı türkiyəli yazıçı-dramaturq Toyqun Orbayın pyesi əsasında hazırlanmış “21:15 qatarı” adlı tamaşa ilə iyun repertuarını yekunlaşıdırb. SİA-nın məlumatına görə, şair Dilsuz tərəfindən Azərbaycan dilinə tərcümə olunan səhnə əsəri sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn təqdim olunub. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun səhnələşdirdiyi tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Xronometrajı 75 dəqiqə olan tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.

Qeyd edək ki, T.Orbayın pyesləri dünyanın çoxsaylı teatrlarında tamaşaya qoyularaq böyük tamaşaçı auditoriyası qazanıb.