“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi uzadıldı

29 İyun 2020 14:40 (UTC+04:00)

Prezident İlham Əliyev “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Bu qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qanunun 2020-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.