Avtomobildən 4050 manat oğurluq edildi

29 İyun 2020 14:06 (UTC+04:00)

Abşeron rayonu ərazisində avtomobildən 4050 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisində “Hyundai” markalı avtomobildən 4050 manat oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri S.Nuruşov, əvvəllər məhkum olunmuşlar - R.Quliyev və A.Dərvişov saxlanılıblar.