Abbas Səhhətin şeirləri səsləndirilib

29 İyun 2020 10:48 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası koronavirus pandemiyası şəraitində ölkəmizdə keçirilən ciddi karantin rejiminin tələblərinə uyğun olaraq internet üzərindən fəaliyyətini davam etdirir.

İdarədən SİA-ya bildirilib ki, kitabxananın şöbə müdiri Qızılgül Məmmədova #kitabxanaçıtövsiyəedir layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatında romantizm cərəyanının görkəmli nümayəndəsi, şair, dramaturq Abbas Səhhətin şeirlərini səsləndirib.