Xuraman: “Evdə qırğındır”

29 İyun 2020 15:30 (UTC+04:00)

Müğənni Xuraman Şuşalı karantin günlərini evdə uşaqları ilə keçirməyin çətinliklərindən bəhs edib. SİA-nın məlumatına görə, sənətçi şikayətlərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb: "Dörd uşaqla evdə oturmaq... Bilirəm ki, izləyicilərimin çoxu ailəli xanımlardır. Uşaqlarla evdə nə edirsiniz? Bizdə qırğındır. Bircə istəyim yığışıb kəndə getməkdir. Bunları həyətə buraxım qaçsınlar. Mən də qaçım... Görəsən ayın 5-dən sonra rayona getməyə icazə veriləcək?".