Özbəkistanda koronavirusa yoluxanların sayı 7 725 nəfərə çatıb

28 İyun 2020 17:33 (UTC+04:00)

Özbəkistanda ötən sutka ərzində yeni növ koronavirusa daha 225 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 725 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 5 240 nəfəri sağalıb, 20 nəfəri isə vəfat edib.