"Bu gün parklarda qrup şəklində toplaşan şəxslər var. Qapanmaların əsas məqsədi fiziki təması azaltmaqdır". SİA-nın verdiyi məlumata görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bildirib ki, əgər biz qaydaları pozmaya çalışaraq evimizdə, parklara hər hansı bir səbəbdən toplaşırıqsa istədiyimiz nəticəni əldə edə bilmərik: "Buna görə də xahiş edirəm ki, fiziki məsafəni saxlasınlar və qaydalara riayət etsinlər".