Masallı rayonunun Yeddioymaq kəndi ərazisində abadlıq-quruculuq işləri sürətlə və mərhələli şəkildə davam etdirilir. Belə ki, Yeddioymaq əraziində mərkəzi yolun kənarı kollardan, məişət tullantılarından təmizlənib, ağaclara, güllərə qulluq edilib və görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparaılıb.
Qeyd etmək istəyirik ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun 8 iyun 2020 ci il tarixli müvafiq əmri ilə Vüqar Heybət oğlu Şükürov Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur.
Qeyd edək ki, Vüqar Şükürov Gəncə Kənd Təsərrüfatı Akademiyasının zootenik fakültəsini və Bakı Biznes Universitetini bitirmişdir. O, işlək, zəhməti sevən, insanlara dəyər verən təşkilatçıdır. Ona çox mühüm və çətin, şərəfli Dövlət qulluğu işlərində yeni nailiyyətlər arzu edirik…
ƏLİHÜSEYN ŞÜKÜROV