Bakının Suraxanı rayonunda piyada vurulub

25 İyun 2020 03:04 (UTC+04:00)

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Yeni Suraxanı yaşayış massivində qeydə alınıb.

Təxminən 45-50 yaşlı Rövşən adlı şəxsi avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.