Psixoloq İlham Mirzəyev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, proqramda maddi durumundan bəhs edib: "Hazırda nəyimiz varsa, hamısını satıb, təbii ehtiyyaclarımızı ödəyirik. Evimizin əşyalarını, qızıl-zinətləri artıq satmışıq. Yalnız avtomobilim qalıb. Hazırda ailə üzvlərimdən heç kim işləmir. Bu vəziyyət 7-8 ildir ki, davam edir.
Onu da qeyd edim ki, illərlə aparıcı olaraq fəaliyyət göstərmişəm. Ardınca psixoloqluq etdim. Başıma işlər gəldi. Azərbaycanda ilk psixoloq mərkəzini mən açdım. Hazırda o klinika belə satılıb".
Mirzəyev ona gələn iş təklifindən də söz açıb: "Telekanalların birində aparıcılıq edəcəm. Çünki artıq təkliflər gəlir".
O, həbs olunmasının səbəbini isə belə açıqlayıb: "Yəqin ki, səhvim olub".