Miçiqan sakini son 3 ildə ikinci dəfə lotereyada uduş əldə edib, özü də 4 milyon dollar

23 İyun 2020 07:44 (UTC+04:00)

Miçiqan sakini son 3 ildə ikinci dəfə lotereyada uduş əldə edib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın lotereya şirkətinin saytında məlumat dərc edilib.

Miçiqan ştatının Monroe dairəsinin sakini 50 yaşlı Mark Klark ikinci dəfə aldığı loteryada 4 milyon dollar qazanıb.

"Ömründə bir dəfə neçə milyon qazanmaq ağlına gəlmir, lakin ikinci dəfə bundan da artıq udacağını heç düşünmürsən. Hisslərimi ifadə etmək çətindir", deyə qalib vurğulayıb.