Çində yoluxma hallarının sayı yenidən artmağa başladı

22 İyun 2020 17:22 (UTC+04:00)

Çində ötən sutka ərzində 18 nəfər koronavirusa yoluxub, yeddi xəstədə simptomsuz yoluxma halı aşkarlanıb. COVID-19-dan müalicə olunaraq evə buraxılan isə olmayıb. "Sin Xua" agentliyi bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, yoluxma halları Pekində və Hebei vilayətində aşkarlanıb.

Ümumilikdə, ölkədə koronavirusa yoluxanların sayı 83 396 nəfərə çatıb. Müalicə alan 78 413 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.