Azərbaycana yay gəldi

21 İyun 2020 10:05 (UTC+04:00)

Bu gündən Azərbaycana yay fəsli qədəm qoyub. SİA-nın verdiyi məlumata görə, bu il yay fəsli ölkəmizə iyunun 21-i saat 01:43:42-də daxil olub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirib.

Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Bundan əlavə, həmin gün ən uzun gündüz və ən qısa gecə qeydə alınır. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olur.