Baş redaktor: “Xəbər sahəsində ilkə imza atacağıq”

19 İyun 2020 14:23 (UTC+04:00)

“Bu günki, reallıqlara əsasən demək olar ki, Azərbaycan mətbuatı kəmiyyət və keyfiyyət baxımdan inkişaf edib. Qəzetlərin dizaynı, tərtibatı tamamilə yenilənib, araşdırmalar, köşə yazıları, şərhlər və təhlillər oxucuların gözlədikləri və istəklərinə uyğun yazılardır. Ümumiyyətlə, mətbuatın əsas missiyası cəmiyyəti dolğun və ətraflı məlumatlandırmaqdır, digər missiyası isə reklam etmək və maarifləndirməkdir. Bu günki, media bunların hamısını həyata keçiriməkdədir”. Bunu SİA-ya açıqlamasında “Elit” İnformasiya Agentliyinin (Elitinfo.az) Baş redaktoru Rahilə İbrahimqızı deyib.

Onun sözlərinə görə, oxucu maraqlandırılmasa və dürüst, həqiqəti özündə əks etdirən məqalələr, xəbərlər, müsahibələr qəzet səhifələrində əks olunmasa elektron media çap mediasını tam şəkildə üstələyəcək: “Onsuzda informasiyanın yayıması, xəbərin verilməsi baxımından elektron media çap mediasını qabaqlayır. Lazımdır ki, çap mediası yeni və ictimai maraq yarada biləcək şərhləri, təhliləri və araşdırma yazıları ilə rəqabətdə uğur qazanmağa çalışsın. Hazırki, məqamda demək olar ki, çap mediası rəqabətdə elektron mediadan heç də geri qalmır. Əksinə müəyyən hallarda geniş oxucu rəğbəti yarada bilir. Bu da qeyd etdiyim kimi, son vaxtlar qəzetçilikdə köklü dəyişikliklərin, islahatların aparılması ilə bağlıdır. Bunla belə müasir dövrün yenilikləri insanların daha çox informasiyanı saytlar vasitəsi ilə almağı məqbul edir. Həm də, iş adamları, QHT təmsilçiləri reklamlarını daha çox electron mediayaya verməyə maraq göstərirlər. Bu da dediyim ki, operativlik və əhalinin az qala 80-85 faizinin social şəbəkələrdə, saytlarda olmaları ilə bağlıdır”.

R.İbrahimqızı informasiya agentliklərinin müasir dövrün yeniliyi olsa da, bu sahədə də bir sıra problemlərin, çatışmazlıqların olduğunu bildirdi. Baş redaktor planlarından və qarşıda duran vəzifələrdən də danışıb. Bildirib ki, Elit (Elitinfo.az) İnformasiya Agentliyi bir sıra yeniliklərlə informasiya məkanında boşluğu doldurmağa çalışır. Onun sözlərin görə, dünyanı cənginə alan koronavirus pandemiyası dövründə insanların bu virusdan qorunmasına, onlara bu istiqamətdə maarifləndirici məlumatların çatdırılmasına ehtiyac var: “Biz pandemiya ilə bağlı dövlətin apardığı xeyrli, gərəkli işləri geniş və əhatəli şəkildə oxucularımıza çatdırmağa çmalışırıq. Həm də, ölkəmizdə və dünyada baş verən ictimai – siyasi hadisələri, köşə yazılarını, ictimai narahatlıq doğuran problemləri araşdırmaqla cəmiyyətə çatdırırıq”.

R. İbrahimqızı onu da bildirdi ki, rəhbərlik etdiyi agentliyin qarşsında duran əsas vəzifələrdən biri də, yaxın vaxtlarda region qəzet, sayt, tv rəhbərləri ilə görüşlərin təşkil olunmasıdır: “Bölgə KİV rəhbərləri ilə görüşlərimiz video konfranslar formatında keçiriləcək. Media kapitanlarının uğurları, problem və qayğıları dinləniləcək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, infirmasiya mübadiləsinin aparılması məsələsi müzakirə olunacaq. Bütün bunlar medianın inkişafına xidmət edəcək, qazanan jurnalistikamız olacaq”.