Məlum olduğu kimi, tarixən də, müasir dövrdə də Qafqaz dünyada özünün geosiyasi və geostrateji əhəmiyyətilə fərqlənən bir regiondur. Siyasi, iqtisadi, sosial, mədəni-mənəvi, etnik, dini, maddi və mənəvi mədəniyyəti, özünəməxsus mentaliteti, idendikliyi, dil müxtəlifliyi, ərazisinin genişliyilə Qafqaz aparıcı güclərin diqqət mərkəzindədir. Hələ qədim zamanlardan Qafqazda müxtəlif xalqların, çarlıqların, Qafqaz uğrunda böyük imperiyaların apardıqları müharibələrin IX-XVII əsrlərdə xalqların böyük köçünün, müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin mövcudluğu dediklərimizi sübut edir.
Beynəlxalq aləmdə Qafqazın əsasən iki bölgüsü mövcuddur: Şimali və Cənubi Qafqaz. Müasir Qafqazın hüdüdlarını təbii-landşaft və siyasi amillərlə müəyyən edirlər. Bu hüdudlarda coğrafi və mədəni-tarixi region kimi Qafqazın sahəsi 440 min kv km hesab olunur. Bəzi tədqiqatlar Qafqazın yeni coğrafi bölgü modelini irəli sürürlər.
Avropa və Asiya arasında yerləşən Qafqaza hunlar, monqollar, ərəblər, türk-səlcuqlar, iranlılar hücum etmiş, bu hücumlar isə Qafqazın siyasi, dini, iqtisadi, etnik, demoqrafik şəraitinə təsir etmişdir. Bəzi etnoslar məhv olmuş, əvəzinə başqaları gəlmiş sonra isə onlar qafqazlılara çevrilmişlər.
Bəzi alimlər müasir Türkiyə və İrandakı bir çox ərazinin Qafqaza aid olduğunu iddia edirlər. Onlar “siyasi” və “çoğrafi” amilləri fərqləndirməyi təklif edirlər. Gürcü tədqiqatçısı, İ.Çavaxaşvili adına Tbilisi Dövlət Universitetnin professoru, tarix elmləri doktoru R.Topçilaşvili İsveçrədə çıxan “Central Asia and the Caucasus” jurnalında çap etdirdiyi “Tarixi və müasir Qafqazda etnik şərait” adlı məqaləsində yazır:
“Bizim fikrimizcə bu olduqca ciddi problemdir. Elmi terminologiya konfesionaldır, daha doğrusu alimlər arasında razılaşma əsasında formalaşır. Tamamilə münkündür ki, tədqiqatçılar və siyasətçilər müasir dövrdə Qafqazın üç coğrafi vahidə bölgüsü haqqındakı məsələdə (bu reallığa uyğun gəlir): Şimali Qafqaza, Mərkəzi Qafqaza (hazırda Cənubi Qafqaz adlanır) və Cənubi Qafqazla bağlı məsələdə (İran və Türkiyənin tərkibinə daxil olmuş Kiçik Qafqaz ərazisi) vahid rəyə gələcəklər”. Lakin alimin bu fikri müasir siyasi alimlər arasında yekdil fikir yaratmadı. Belə ki, əksər tədqiqatçılar Qafqazı Şimali və Cənubi Qafqaza ayırırlar.
Cənubi Qafqazda tədqiqatçılar və tarixi mənbələr Ermənistan adlı dövlətin və ya çarlığın mövcud olmadığını sübut edir. Bu bölgədə alban, kartli, laz çarlığının, Azəbaycanın qədim dövlətinin mövcudluğundan bəhs edilir.
Cənubi Qafqazda orta əsrlərdə Azərbaycan da Şirvanşahlar, Sacilər, Rəvvadilər, Gürcüstanda paytaxtı Kutaisi olan Abxaz, paytaxtı Telavi olan Ereti çarlıqları, mərkəzi Tianeti olan Kaxetiya və mərkəzi Artanuçi olan Kartvel knyazlıqları, mərkəzi Tiflis olan Şuabidlər-Cəffəridlər ərəb əmirliyi (716-1122-ci illər) mövcud idi. Cənubi Qafqaz uğrunda Ərəb xəlafəti ilə Bizans imperiyası arasında müharibələr baş vermişdir.
Rusiya alimi, jurnalist və tarixcisi V.L. Veliçko 1904-cu ildə Sankt-Peterburqda çap etdirdiyi “Qafqaz. Rus işi və tayfalararası məsələlər” adlı əsərində Qafqazın, Cənubi Qafqazın Rusiya imperiyası üçün böyük siyasi, iqtisadi əhəmiyyətinin olmasının eləcə də, buranın təbii sərvəti, çöğrafi mövqeyi, əhalisi haqqında məlumat vermişdir. Rusiya əsgərlərinin qəhramanlığı və ağır itkiləri hesabına ağlagəlməz gərginlikləri bahasına fəth edilən Qafqazdakı imperiyanın uçqarlardakı siyasətinin səhvlərindən və günahlarından bəhs edən V.L.Veliçko bir çox rus adamlarında, istər qulluçularda, istərsə də cəmiyyətə mətbuat vasitəsilə təsir etmək çəsarətini öhdəsinə götürənlərdə milli dövlət dünyagörüşünün möhkəm olmadığını diqqətə çatdıraraq yazırdı:
“Qafqazda həyat hadisələri və insan xarakterləri fövqəladə dərəcədə mürəkkəbdir. İrqi və sosial-iqtisadi məsələlərin bəzən və tamamilə üst-üstə düşməsi və qovuşması xüsusi maraq doğurur. Qafqaz həyatının bu xüsusiyyətləri yerli hakimiyyət orqanlarının diyarın idarə olunması və ona nəzarət edilməsi işində çətinliklər yaratmır”.
Qafqazda əsrlər boyu sakitliyin, rahatlığın olmadığını Asiyadan Avropaya müxtəlif hərbi güclərin müdaxiləsi üçün buranın bir yol olduğunu, həmin hücum edənlərin burada öz izini qoyan fərqli tayfaların, dinlərin, mədəniyyətlərin, təbii sərvətlərin, bu insanların təbii, siyasi, iqtisadi amillərdən burada birləşmiş və mədəni inkişaf etmiş dövlət qura bilmədikləri bir məkan olduğunu qeyd edən V.L.Veliçko Qərbi Zaqafqaziyada qədim vaxtlardan kartvel tayfalarının – gürcülərin, imeretinlərin, quriyalıların, meqrellərin, lazların, acarların, kobuletlilərin məskunlaşdıqlarını bu tayfaların orta əsrlərdə qısa müddətdə birləşdiklərini, sonrakı vaxtlarda isə dağıldıqlarını göstərir. Şərqi Zaqafqaziyada qədimdən “türk-monqol, İran qanından olanlar, türklər yaşamışlar. Müasir dövrdə- XIX əsrdə qeyri-müəyən mənşəyə malik, şübhəsiz yəhudi, sirohaldey və qaraçı qanlarının qarışığından olan ermənilər yaşayırdılar.
Qafqazı bütün bəşər tarixi boyu daim təlatümlü bir region hesab edən, bunu ilk növbədə regionun coğrafi və strateji mövqeyi, eləcə də müxtəlif dinlərin və sivilizasiyaların kəsişməsində yerləşməsi ilə əlaqələndirən İ.Həbibbərli yazır: ”Bu faktorlar yaşadığımız minillikdə də Qafqazın geosiyasi mövqeyinin müəyyən olunmasında əhəmiyyətli yer tutur. Lakin fikrimizcə, günümüzdə Qafqazda mövcud vəziyyətin daim bir barıt çəlləyini xatırlatması XVII-XVIII əsr Rusiya- Türkiyə və Rusiya-İran müharibələri nəticəsində ermənilərin bu regiona kütləvi köçürülməsi ilə birbaşa əlaqədardır. Təsadüfi deyil ki, bütün tarix boyunca "böyük dövlətlərin maşası'' rolunu yerinə yetirən ermənilər son 200 il ərzində bütün Qafqazda sabitliyi pozan, dağıdıcı funksiyanı yerinə yetirmişlər. Ermənilərin bu dağıdıcılıq funksiyası həm Cənubi Qafqazın müstəqil respublikaları olan Azərbaycan və Gürcüstanda, həm də ümumilikdə bütün Qafqazda özünü göstərir. Cəmi bir neçə yüz il əvvəl bu regiona köçürülən və XX əsrin əvvəllərində öz xüsusi "xidmətlərinə'' görə qədim Azərbaycan torpaqlarında "dövlət payı'' əldə etdikdən sonra da erməni adı Qafqazda separatizmin simvolu kimi tanınır. Belə ki, artıq özgə torpaqlarında özünə yuva quran ermənilər üçüncü minilliyə doğru Qafqazda yeni separatizm ocaqlarını alovlandırırlar. Buna şərait yaradan isə ilk növbədə böyük dövlətlərin – güc mərkəzlərinin region ölkələrinə dair yanaşmasında ikili standartların olmasıdır. Keçən əsrin sonlarında Ermənistanda yaşayan azərbaycanlılar və gürcülər tarixən sahibi olduqları torpaqlardan qovuldular. İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə mahallarında bir azərbaycanlının belə qalmadığı zaman Gürcüstanla sərhəddə yerləşən Lori vilayətindən də gürcü və azərbaycanlılar qovuldu.
Yeni hədəflər Azərbaycanın Dağlıq Qarabağı, Gürcüstanda isə Samsxe-Cavaxeti və Abxaziya bölgələridir. Azərbaycanın Dağlıq Qarabağ ərazisi artıq 25 ildən çoxdur ki, erməni işğalı altındadır. Gürcüstanda "Cavaxk'' separatist hərəkatı müxtəlif sahələr üzrə Gürcüstanda erməniləşdirmə təbliğatını aparır. Gürcüstanın separatistlərin nəzarətində olan hər iki bölgəsində - Abxaziya və Tsxinvalidə (Cənubi Osetiya) erməni izi var. Əslində Rusiyanın Krasnodar və Stavropol vilayətlərində ermənilərin güclənməkdə olan mövqeyinin separatizm iddialarına çevrilməyəcəyinə də zəmanət vermək mümkün deyil.
Ümumiyyətlə ermənilərin regionda qonşularına qarşı əsassız ərazi iddiaları davam etdikcə Qafqazda davamlı sülh və sabitlik haqqında düşünmək mümkün deyil. "Böyük Ermənistan'' şovinist ideyalarına son qoyulmayınca Qafqazda heç zaman daimi sabitlik olmayacaqdır”.
“Murç” qəzetinin 1887-ci il sayında ermənilərin mənşəyi barədə “Qaraçılardan əmələ gələn ermənilər” başlığı olan məqalədə yazılmışdır:
“Dünyada milli dili və vətəni olmayan ancaq iki xalq mövcuddur, bunlar yəhudilər və qaraçılardır. Nə Asiya istibdadı, nə orta əsrlərin amansız təqibi, nə də hətta müasir humanist mədəniyyət onları başqa xalqlarla assimilyasiya edə bilməmişdir və beləliklə də bütün bu güclü amillərin həmin xalqlardan birinin maddi tamahkarlığını və o birisinin isə qarşısıalınmaz hədsiz-hüdudsuz şəkildə sərgərdan köçmək cəhdini boğmağa gücü yox idi. Hər yerdə, Asiyada, yaxud Avropada, köhnə və yeni dünyada qaraçı qaraçı olaraq, yəhudi isə yəhudi olaraq qalır. Qaraçılarn assimiliyasiyası yalnız erməni xalqına müyəssər olur – məqalə müəllifi əlavə edir ki bunu da əssasız olaraq yox, mötəbər faktlara istinad edərək deyirəm. Mövcud olmalarını tarixin 50 il əvvəl təsdiq etdiyi İrəvan, Şamaxı, Yelizavetpol, Tiflis və başqa yerlərin qaraçıları qaraçılıqdan çıxıb erməni ünsürləri ilə qarışaraq mənşələri haqqında uzaq bir xatirə kimi yalnız familyalarını saxlayaraq, ermənilərlə assimilyasiya olunmuşlar. Bu məsələ hansı tərəfdən baxsan, kütləvi assimilyasiya işinin ermənilərdən başqa heç bir xalqa müyəssər olmadığı fikrinə gələcəksən. Assimilyasiya olunmuş qaraçı-ermənilərdən hətta istedadlı adamlar da yetişmişdir”.
Araşdırmalardan məlum olur ki, ermənilər ərazilərinin, dövlətlərinin deyil, etnoslarının tarixini öyrənmişlər. “Erməni xalqının tarixi” əsərini yazmışlar. Etnoslarının adı da dünya tarixşünaslığında mübahisə doğuran ermənilər özlərini mifoloji xarakter daşıyan “Haykın nəsilləri” adlandırırlar.
Ermənilər Cənubi Qafqaza, o cümlədən müasir Gürcüstan və Azərbaycan ərazilərinə Qərbdən, Avropadan, Balkandan gəlmişlər.
Görkəmli Qərb tədqiqatçısı N.Adonsun araşdırmalarına görə, eramızdan əvvəl VIII əsrdə Frakiyada, Balkanlarda kimmerlər “ermənilərin əcdadları ilə görüşmüş və onları özlərilə Şərqə - Kiçik Asiyaya aparmışlar”.
Herodot “Tarix” əsərində erməniləri firikiyalıların nəsli hesab edirdi.
İ.Şopen də “ermənilərin gəlmə olduqlarını, Anadolu dağlarının Şimal düzənliklərinə Friqiya və İoniyadan gəldiklərini” göstərir.
Vahid Ömərov
f.ü.f.d,dosent
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.