"Microsoft şirkəti ÜDM-i 125 milyard dollar olan dünyanın ən böyük 10 şirkətindən biridir. Microsoft şirkətinin Azərbaycanla əməkdaşlıq potensialı çox genişdir. Bu gün ölkəmizdə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənilir və bu strategiya 5 il ərzində həyata keçiriləcəkdir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, rəqəmsal strategiya həyatımızın hər bir sahəsini elektronlaşdırılmasına imkan verəcəkdir: "Ölkəmiz süni intelektdən daha geniş istifadə etnmək istiqamətində layihələrin həyata keçirilməsi üçün yeni strategia üzərində işləyir. Microsoft şirkəti yaxın zamnda süni intelekt platformasının Azərbaycan dilini dərk edilməsi üzərində işləyir. Bu da Azərbaycanı öz dilini süni intelektə tanıdan dünyada çox az ölkələrdən birinə çevirəcəkdir. Kibertəhlükəsizlik bizim üçün hər zaman aktualdır. Ölkəmiz rəqəmsal iqtisadiyyata üstünlük verdiyindən dataların kiber hücumlardan qorunmasını aktuallaşır. Azərbaycan dünyanın 2 milyarda yaxın insanını internetlə təmin edəcək Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsini həyata keçirir. Bu layihə başa çatandan sonra Azərbaycanda böyük Data mərkəzi yaradılacaqdır. Müzakirə olunan mövzulardan biri də süni intelekt üzərində qurulmuş Silkon vadisi kimi Abşeron vadisinin yaradılması məsələsidir.
Hesab edirəm ki, nəzərdə tutulmuş Avropanı-Asiyaya birləşdirəcək yeni rəqəmsal habın Azərbaycanda yaradılması Abşeron vadisinin yaradılması prosesini sürətləndirəcəkdir. Ona görə də kibertəhlükəsizlik məsələsində Microsoft şirkəti ilə əməkdaşlıq perspiktivlərimiz genişdir. Dünyanı Koronavirus pandemiyası ağuşuna aldığı bir zamanda iqtisadiyyatda və təhsildə yeni yanaşmanın ortaya qoyulmasını aktuallaşdırır. Bu, məsafədən idarəetmə və distant təhsil məslələridir. Pandemiyanın nə vaxt bitəcəyini heç kim bilmədiyindən biz təhsilimizi distant formada davam etdirməyimizə hazır olmalıyıq. Yəni, qeyd etdiyim bütün məqamlar müasir dövrün çağırışlarıdır və bu çağırışlar Azərbaycanın Microsoft şirkəti ilə əməkdaşlıq imkanlarını genişləndirir".