Sosial şəbəkələrdə yayılan video Bəhram Bağırzadəyə aid deyil TƏBİB

16 İyun 2020 16:36 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) əməkdar artist Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib. TƏBİB-dən SİA-ya verilən məlumatda bildirilir ki, son günlər sosial şəbəkələrdə guya əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb.

B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.