Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb

16 İyun 2020 16:02 (UTC+04:00)

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.