Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalaraq 1 687 773,8 min ABŞ dollarına enib. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 132 816 min dollar və ya 29,7% artaraq 580 034,6 min dollar, idxal isə 148 788,8 min. dollar və ya 11,8% azalaraq 1 107 739,2 min dollar təşkil edib.
Nəticədə, hesabat dövründə 527 704,6 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 281 604,8 min dollar və ya 34,8% azdır.