Samuxda zəlzələ olub

15 İyun 2020 14:44 (UTC+04:00)

Samuxda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 12:47-də Gəncə stansiyasından 47 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ hiss edilməyib. Zəlzələnin maqnitudası 3, dərinliyi 13 kilometr olub.