Türkiyənin Siirt bölgəsində zərərsizləşdirilən terrorçuların sayı 4-ə çatıb

14 İyun 2020 05:14 (UTC+04:00)

Türkiyənin Siirt-Eruh Ciraf bölgəsində zərərsizləşdirilən terrorçuların sayı 4-ə çatıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, havadan dəstək verilən əməliyyatda daha iki terrorçu zərərsizləşdirilib və bununla da məhv edilən terrorçu sayı 4-ə yüksəlib.

Bölgədə əməliyyatların davam etdiyi qeyd olunub.