"Neftçi" "Qəbələ"yə, "Sabah" isə "Zirə"yə qalib gəlib

13 İyun 2020 22:06 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən 6 klub növbəti dəfə yoxlama oyunları keçirib.

SİA xəbər verir ki, "Neftçi" "Qəbələ"yə 2:1, "Sabah" "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib.

Günün son matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"lə qarşılaşıb. Üç hissə oynanılan görüşdə Ağdam klubu 4:1 hesabı ilə qalib gəlib.
13 iyun

Yoxlama oyunları

19:30. "Qarabağ" - "Səbail" - 4:1
Qollar: Mahir Emreli, 24, Ovusu Kvabena, 42, Qara Qarayev, 90, Ozobiç, 116 - Bahadur Həziyev, 9
Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. "Neftçi" - "Qəbələ" - 2:1
Qollar: Mirabdulla Abbasov, 40, Dario Federiko, 63 - Rövlan Muradov, 26
"Bakcell Arena"

19:00. "Sabah" - "Zirə" - 1:0
Qol: Ceyhun Nuriyev, 90
"Bank Respublika Arena