Elnur Allahverdiyev əsas heyətə qaytarıldı

29 Aprel 2011 21:12 (UTC+04:00)
"Xəzər Lənkəran" Futbol Klubunun rəhbərliyi futbolçu Elnur Allahverdiyevin komandanın əsas heyətinə qaytarılması haqqında qərar qəbul edib. Siasport.az saytı xəbər verir ki, bu qərar baş məşqçinin iştirakı ilə rəhbərliyin dünən keçirdiyi iclasda qəbul olunub.
Qərar çıxarılan zaman futbolçunun öz səhvini etiraf etməsi, baş məşqçi və komanda üzvləri tərəfindən də onun üzrxahlığının qəbul edilməsi, həmçinin futbolçunun milli komandanın aparıcı üzvlərindən biri olması nəzərə alınıb.
Elnur Allahverdiyev müvafiq məbləğdə cərimənin ödənilməsi və bundan sonra nizam-intizam qaydalarına ciddi şəkildə riayət etmək öhdəliyini üzərinə götürmək şərtilə "Xəzər Lənkəran" Futbol Klubunun əsas heyətinə qaytarılıb.