Tütün, içki və qida istehsalı artıb

13 İyun 2020 10:26 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 26,1 faiz, içki istehsalında 2,9 faiz, qida məhsullarının istehsalında isə 1,8 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu sahələrin əsas məhsullarından qaymaq və xama istehsalı 24,8 faiz, kolbasa məmulatları 32,3 faiz, marqarin istehsalı 19 faiz, kərə yağı istehsalı isə 2,4 faiz artıb.