Test nümunəsinin nəticəsi 6 saata hazır olur

12 İyun 2020 17:56 (UTC+04:00)

"Xəstəliyin testi üzrə nümunənin cavabları 1 gündə çıxır. Xəstədən alınan yaxmanın labaratoriyaya çatdırılması, bu test sayı çox olduqda müəyyən ləngimələr ola bilər". SİA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

V.Əliyev bildirib ki, test nümunəsi laboratoriyaya daxil olduqdan 6 saat sonra onun nəticəsi çıxır.