Emma Ələkbərzadədən qeyri-adi konsert

29 Aprel 2011 19:53 (UTC+04:00)
Sənətçi Emma Ələkbərzadə mayın 12-də rəsm qalereyasında konsert verəcək. Müğənni rəsm sərgisi zamanı təşkil olunan konsertdə rəssamlar qarşısında çıxış edəcək. Bu barədə Elmira Ələkbərzadə özü SİA-ya məlumat verib: "Yaxın günlərdə konsert verəcəyəm, lakin bu tədbir yalnız rəssamlar və rəsmsevərlər üçün olacaq".

Müğənni ansamblın müşayiəti ilə canlı oxuyacaq.