Məscidə hücum edən şəxs haqqında hökm çıxarılıb - 21 il həbs

12 İyun 2020 10:44 (UTC+04:00)

Norveçin paytaxtı Oslo yaxınlığındakı Əl-Nur İslam Mərkəzi Məscidinə hücum edən Filip Manshaus haqqında hökm çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, 21 il həbs cəzasına məhkum edilib.

Beləliklə, məhkəmə 17 yaşlı ögey bacısını öldürdükdən sonra məscidə atəş açan və onun qarşısını almaq istəyən bir nəfəri yaralayan Manshausa ölkə qanunlarındakı ən sərt cəzanı verib.

Qeyd edək ki, hadisə 10 avqust 2019-cu ildə baş verib.