Komandasının oyununu canlı izləmək üçün etdiyi hərəkətlə marağa səbəb olub

12 İyun 2020 07:27 (UTC+04:00)

Polşanın "Şlyonsk"un azarkeşi komandasının ölkə çempionatının 29-cu turunda "Visla Plotsk"la matçı canlı izləmək üçün etdiyi hərəkətlə diqqət çəkib.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, o, komandasını səfər görüşündə dəstəkləmək üçün kran icarəyə götürüb. Azarkeş oyuna 22 metr hündürlükdən baxıb.

Qeyd edək ki, qarşılaşma "Şlyonsk"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, koronavirus səbəbindən Polşada matçlara azarkeşlər buraxılmır.