Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

29 Aprel 2011 09:58 (UTC+04:00)

Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Ukrayna Prezidenti Viktor Yanukoviçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.