Tina Kaydanau Ermənistandadır

29 Aprel 2011 02:04 (UTC+04:00)

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Tina Kaydanaunun Qafqaz səfəri davam edir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, amerikalı diplomat artıq Ermənistandadır.

Qeyd edək ki, bundan öncə Tina Kaydanau Azərbaycan və Gürcüstanda olub.