Can Yamanın yeni serialının tizeri VİDEO

10 İyun 2020 12:24 (UTC+04:00)

Rejissorluğunu Deniz Yorulmazərin etdiyi "Bay Yanlış" serialının ilk tizeri təqdim olunub. SİA-nın məlumatına görə, baş rollarını Can Yaman ilə Özge Gürelin paylaşdığı ekran işinin iyunun 26-da ilk bölümü yayımlanacaq.
C.Yaman serialda eşqə inanmayan, restoran sahibi olan zəngin iş adamı "Özgür" obrazına həyat verəcək.
Yanlış münasibətlərdən yorulub, düzgün münasibət yaşayarq evlənmək istəyən "Ezgi"nin hekayəsini isə Ö.Gürel canlandıracaq.
Bu yolda doğru insanı tapmaqda isə ona "Özgür" kömək edəcək. Qonşuluqda yaşayan "Özgür" ilə "Ezgi"nin zaman içərisində nələr yaşayacağı hələlik bəlli deyil.