"Qarabağ" yoxlama matçında "Sabah"a böyük hesabla qalib gəldi

9 İyun 2020 21:42 (UTC+04:00)

Premyer Liqaya hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün "Sabah"la yoxlama oyunu keçirib.

SİA xəbər verir ki, "Sabah"ın meydanında keçirilən görüş Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0

Bu, koronavirus səbəbindən yaranan fasilədən sonra ilk matç olub.

Qeyd edək ki, "Qarabağ"ın iyunun 14-ü "Səbail"lə yoxlama oyunu planlaşdırılıb.

9 iyun

Yoxlama oyunu

"Sabah" - "Qarabağ" - 0:5
Qollar: Mahir Emreli, 3, Xayme Romero, 14, Filip Ozobiç, 36, Mahir Emreli, 65, Ovusu Kvabena, 90