ABŞ-ın Ermənistandakı səfiri Tina Kaydanauya hörmətsizlik edib

29 Aprel 2011 00:23 (UTC+04:00)

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavininin köməkçisi Tina Kaydanaunun Tbilisidə ölkəsinin Qafqaz ölkələrindəki səfirlərlə keçirdiyi görüşə Birləşmiş Ştatların Ermənistandakı səfiri Mari Yovanoviç gəlməyib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumatına görə, Gürcüstanda keçirilən Cənubi Qafqazda mövcud olan milli-etnik münaqişələrin müzakirə olunduğu tədbirdə onun müşaviri Bruc Donahue iştirak edib.

 

Erməni mətbuatı isə bunu müxtəlif cür izah edib. Belə ki, M.Yovanovitçin iştirak etməməsini şərh edən erməni mətbuatı bu qənaətə gəlib ki, xanım diplomat bununla, əslində, ABŞ-ın Ermənistan, Gürcüstan və Azərbaycandakı səfirlərini biri araya yığan Dövlət Deportamentinə hörmətsizlik edib.

 

Lakin bəzi mətbu orqanları hesab edir ki, xanım səfir Tbilisiyə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə görüşməmək üçün getməyib.