Çalhanoğlu "Şalke"yə transfer olunub

8 İyun 2020 22:13 (UTC+04:00)

"Hoffenhaym"ın yetirməsi Kerim Çalhanoğlu "Şalke"yə transfer olunub.

SİA xəbər verir ki, bu barədə 17 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" hesabında məlumat verib. Almaniya mətbuatı türk oyunçu ilə 4 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, K.Çalhanoğlu Türkiyə millisinin və "Milan"ın futbolçusu Hakan Çalhanoğlunun əmisi oğludur.

Xatırladaq ki, K.Çalhanoğlu bu mövsüm Bundesliqa U-19 liqasında 18 matçda 2 qol vurub, 4 qolun ötürməsini verib.