Hüseyn uşaqlarından danışıb, ağladı VİDEO

8 İyun 2020 14:04 (UTC+04:00)

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, musiqiçi övladlarından danışarkən göz yaşlarını saxlaya bilməyib: "Kövrəldim... Kövrək insanam. Elə şeylər var ki, onlar haqqında danışanda pis oluram. 1996-cı ildə atamı itirəndə pis vəziyyətdə idik. Bizə mal-mülk qoymadı, ancaq mənə sənət verdi. Bu sənət də məni qaldırdı. Bir taxta parçası məni haralara gətirib çıxardı. Nə bilərdim ki, illər sonra böyük kanalda kamera qarşısında müsahibə verəcəm. Kim idim ki: kasıbçılıqla böyüyən, küçələrdə atdanıb-düşən adi bir uşaq.

Atamın mənə verdiyi sənətlə bu yerlərə gəldim. Elə şeylər var ki, mənə toxunur, ürəyim partlayır, çox əziyyət çəkirəm. Depressiyaya düşürəm, özümə qapanıram.

Bilirəm ki, həyatdan getsəm, övladlarım əziyyət çəkməyəcək. Qazanıb onların yaxşı yaşaması üçün hər şey etmişəm. Bu da mənə rahatlıq verir. Övladlarıma çalışdığım qədər vaxt ayırıram. Onları çox sevirəm, bundan sonrakı həyatımı da onlar üçün yaşayacam. Uşaqların arxasında durmaq, sağlam övlad böyütmək lazımdır".