Son sutkada 10 nəfər koronavirusdan ölüb Ermənistanda

7 İyun 2020 11:40 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 13 130 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, son sutkada koronavirusa daha 766 yoluxma qeydə alınıb, COVID-19-dan 10 nəfər ölüb. “Ermənistanda koronavirusa 13 130 yoluxma təsdiqlənib. 4 014 nəfər sağalıb. 200 nəfər ölüb,” –nazirlikdən bildirilib. Hazırda 8 844 nəfər müalicə edilir. Ölkədə koronavirusa bağlı 69 171 test aparılıb.