Koronavirusa yoluxma sayı 809-a çatdı Gürcüstanda

7 İyun 2020 11:14 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində koronavirusa 1 yeni yoluxma halı qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə virusa yoluxanların ümumi sayı 809-a çatıb. Hazırda Gürcüstanda 3161 nəfər karantində saxlanılır, 285 xəstə stasionar şəraitdə müalicə olunur. Bu günə kimi 674 nəfər infeksiyadan sağalıb, 13 xəstə vəfat edib.