Bir gündə 9 mindən çox yoluxma aşkarlandı Hindistanda

7 İyun 2020 11:02 (UTC+04:00)

Hindistanda son sutka ərzində 9 min 97 nəfər koronavirusa yoluxub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə virusa yoluxanların sayı 246 min 628 nəfərə çatıb. İndiyədək 119 min 292 xəstə sağalıb. Pandemiya qurbanlarının sayı 287 nəfər artaraq 6929-a yüksəlib.