Koronavirusa yoluxanların sayı 2000-i keçib Qırğızıstanda

7 İyun 2020 10:36 (UTC+04:00)

Qırğızıstanda COVID-19-a yoluxanların sayı 33 nəfər artaraq 2007-yə çatıb, onların 395-i tibb işçisidir. Son sutka ərzində 6 həkim virusa yoluxub. SİA Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, pandemiya dövründə ölkədə 1425 nəfər, son sutka ərzində isə 65 xəstə sağalıb, 22-si ölüb.

Xəstəxanalarda 560 nəfər müalicə olunur, 11 xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda 1461 nəfər karantindədir.