İndoneziyada hərbi helikopter qəzaya uğrayıb ölənlər var

7 İyun 2020 10:02 (UTC+04:00)

İndoneziyanın Mərkəzi Yava əyalətində “Mİ-17” hərbi helikopterinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, 5-i isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisənin iyunun 6-da yerli vaxtla saat 13:40-da Kendal şəhərində baş verdiyi bildirilir. Qeyd edilir ki, həmin gün ikinci təlim uçuşu yerinə yetirən helikopterin birinci dəfə havaya qalxması zamanı heç bir problem qeydə alınmayıb.

Ciddi yanıq xəsarəti almış digər hərbiçilərin yerli xəstəxanaya çatdırıldığı bildirilir.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.