Braziliyada sutka ərzində COVİD-19-dan ölənlərin sayı 904 nəfər olub

7 İyun 2020 08:51 (UTC+04:00)

Braziliyada sutka ərzində yeni növ koronavirusun törətdiyi fəsadlardan ölənlərin sayı 904 nəfər artaraq 35 930 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyinin rəsmi statistikasında bildirilib.

Gündəlik nazirliyin son hesabatına görə, 27 075 yeni koronavirusa yoluxma faktı aşkar olunub, onların ümumi sayı 672 846-ya çatıb. Eyni zamanda, sağalananların sayı 10 209 nəfər artaraq 277 149 nəfərə çatıb.

Ölkədə infeksiyanın yayılma mərkəzi San-Paulu ştatı və onun eyni adlı paytaxtıdır.