Fransada irqçiliyə qarşı keçirilən aksiyada 23 min nəfər iştirak edib

7 İyun 2020 03:45 (UTC+04:00)

Fransada irqçiliyə qarşı keçirilən aksiyada 23 min nəfər iştirak edib.

SİA "RİA Novosti"yə istinadən xıbır verir ki, bu barədə “Fransa İnfo” radiostansiyası məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyinə istinadən verilən xəbərə görə, afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar keçirilən aksiya Parisdə və Fransanın bir sıra digər şəhərlərində baş tutub.

Etiraçılar ABŞ-dan ədalət tələb edən şüarlar səsləndirib.