Türkiyədə mikroavtobus qəzası nəticəsində 10 nəfər yaralanıb

7 İyun 2020 07:12 (UTC+04:00)

Türkiyənin Tekirdağ vilayətində xidməti mikroavtobusla avtomobil toqquşub.

SİA xəbər verir ki, hadisə Çerkezköy rayonunda baş verib.

Qəza nəticəsində mikroavtobus aşıb, 10 nəfər yaralanıb. Yaralılar Çerkezköy vilayətinin dövlət xəstəxanasına və həmin ərazidəki özəl xəstəxanalara çatdırılıb.

Bildirilib ki, avtomobil sürücüsü hadisə yerindən qaçıb.