Almaniya Bundesliqasında Nuri Şahinə məxsus rekord qırılıb

7 İyun 2020 05:29 (UTC+04:00)

“Bayer”in yarımmüdafiəçisi Florian Virç Bundesliqanın tarixinə düşüb.

SİA çempionatın rəsmi saytına istinadən xəbər verir ki, gənc futbolçu 30-cu turda “Bavariya” ilə görüşdə (2:4) qol vurmaqla Bundesliqada yeni rekorda imza atıb.

Meydana 2-ci hissə başlayanda çıxan almaniyalı futbolçu 89-cu dəqiqədə rəqib qapısına yol tapmaqla komandasını böyühesablı məğlubiyyətdən xilas edib.

Virç bununla, Bundesliqada qol vuran ən gənc futbolçu adını qazanıb. O, 17 yaş 1 aylığında buna nail olub. Buna qədər rekord Nuri Şahinə məxsus idi. Türk futbolçu 17 yaş 2 aylığında Bundesliqada qol vurmuşdu.