Tacikistanda COVID-19 virusuna yoluxanların sayı 4370-ə çatıb

7 İyun 2020 01:53 (UTC+04:00)

Tacikistanda COVID-19 virusundan son sutka ərzində 219 nəfər, pandemiya dövründə isə 2491 nəfər sağalıb, 48 nəfər isə ölüb.

SİA Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, son sutka ərzində virusa yoluxanların sayı 81 nəfər artaraq 4370-ə çatıb. 1355 nəfər karantindədir.

Son günlər ölkədə virusa yoluxanların sayı aşağı düşüb. Belə ki, əvvəllər sutka ərzində təxminən 200 yoluxma qeydə alınırdısa, indi bu rəqəm iki dəfə azalıb.