“Montenegro Airlines” ciddi maliyyə itkisi ilə qarşılaşıb

7 İyun 2020 01:27 (UTC+04:00)

“Montenegro Airlines” Belqrad aeroportunda eniş qadağasından sonra ciddi maliyyə itkisi ilə qarşılaşıb.

SİA xəbər verir ki, Serbiya hökumətinin Belqraddakı Nikola Tesla hava limanına eniş hüququnu dayandırması qərarı nəticəsində Monteneqro Hava Yollarının flaqman şirkəti ciddi ziyan görüb. Bu barədə şirkətin baş direktoru Vlastimir Ristiç məlumat verib: “Bu istiqamət turizm və iqtisadi inkişaf üçün çox vacibdir. Qadağaya görə, çox böyük ziyan çəkirik”.

Mayın 27-də Serbiya Mülki Aviasiya Təşkilatı Monteneqro Hava Yollarının Belqrad Nikola Tesla hava limanına enmə hüququnun dayandırıldığını bildirib. Bir gün əvvəl isə Monteneqro hökuməti vətəndaşları üçün giriş qadağasını ləğv etdiyi ölkələrin siyahısını açıqlamışdı (Azərbaycan vətəndaşları icazəsi olanların arasındadır). Serbiya isə bu siyahıda deyil.