İmişlidə 83 yaşlı qadını cərəyan vuraraq öldürüb

6 İyun 2020 23:13 (UTC+04:00)

İmişlidə yaşlı qadını cərəyan vuraraq öldürüb

SİA xəbər verir ki, hadisə İmişli rayonunun Ağamalılar kəndində baş verib.

Həmin kəndin sakini, 1937-ci il təvəllüdlü Səfərova Zibeydə Nüsrət qızı elektrik çaydanının naqilində olan nasazlıq səbəbindən cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.