"Qarabağ"ın yay transfer pəncərəsi dönəmində alacağı ilk legioner bəlli olub

6 İyun 2020 19:28 (UTC+04:00)

"Qarabağ"ın yay transfer pəncərəsi dönəmində alacağı ilk futbolçu bəlli olub.

SİA xəbər verir ki, Ağdam təmsilçisi son olaraq Portuqaliyanın 2-ci liqa təmsilçisi "Deportivo Saviş" klubunun kolumbiyalı müdafiəçisi Kevin Medinanı transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi bütün detallar razılaşdırılıb. Koronavirus pandemiyasına görə Azərbaycanın bağlanan sərhədləri açıldıqdan sonra Kevin Bakıya gələrək “Qarabağ”la 2+1 illik müqaviləyə imza atacaq.

Karyerası Portuqaliya ilə bağlı olan Medina keçən ilin yayından "Saviş"də çıxış edirdi. O, daha əvvəl "Akademiko Vizeu", "Pinhalnovenze", "Sintrenze", "Moura" və "Naval"ın da formasını geyinib. 27 yaşlı müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.