Kimsəsiz Bakı küçələri - SON VƏZİYYƏT

6 İyun 2020 19:01 (UTC+04:00)

İyunun 6-dan 8-dək Operativ Qərargahın qərarı ilə koronavirusun yayılmasının qarşısını almaq üçün Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağası tətbiq edilib. Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar bu şəhərlərdə küçəyə çıxmaq qadağan edilib, nəqliyyatın hərəkəti, mağazaların fəaliyyəti dayandırılıb.

Hazırda küçələrdə insanların hərəkəti nəzər çarpmır, yollarda isə nadir hallarda avtomibllərə rast gəlinir.