“Ölkə səhiyyə, iqtisadi və sosial böhranla üz-üzə qalıb” Artur Vanetsyan

6 İyun 2020 12:00 (UTC+04:00)

"Hazırkı zamanda koronavirus pandemiyası və Nikol Paşinyan hökumətinin dəyərsiz fəaliyyəti nəticəsində ölkə səhiyyə, iqtisadi və sosial böhranla üz-üzə qalıb". SİA xəbər verir ki, bu sözləri Ermənistanın "Vətən" partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan bəyanatında bildirib. Onun sözlərinə görə, on minlərə iş yerlərinin ixtisara düşdüyü, vətəndaşların gəlirlərinin olmadığı bir zamanda mövcud fəaliyyət stili qəbulolunmazdır və "Vətən" partiyası hökumətdən Vergi kodeksində ediləcək dəyişikliklərlə bağlı qərarın ləğv olunmasını tələb edir.

Vanetsyan, Paşinyan hökumətini vətəndaşların maliyyə və sosial durumlarının daha da pisləşməsinə doğru gedən siyasətdən əl çəkməyə çağırıb.